Dənizə getsə dənizi qurudar.

Cf. One is too slow for a funeral. / One is John Long the carrier. Его хорошо за смертью посылать. / Как в лес взглянет, так и лес вянет. / Нашему Ивану (болвану) нигде нет талану: к обедне пришёл, обедня тошла, к обеду пришёл - отобедали.
dənizdə gəmilərin batıb?
Dər-divarın da qulağı var.
OBASTAN VİKİ
Çaydan dənizə
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Çaydan dənizə qədər

Dalğalar Dənizə Qayıdır (1986)
Dənizə Çıxmaq Qorxuludur (1973)
Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Dənizə çıxışı olmayan ölkələr

Deyvis dənizi
Deyvis dənizi -Cənub okeanının akvatoriyasında ,Antarktidanın şərqində , Həqiqət Sahili və Kraliça Meri torpağı sahillərində yerləşir. Qərb sahili Manisov burnu, şərqində Qərb şelf buzlağı ,cənubda isə Həqiqət sahili və Vise burnu vardır. İl boyu buzla örtülü olur. Dənizin sahəsi 21.000 km², orta dərinliyi 571 m, ən dərin yeri 1369 m təşkil edir. Duzluğu 33,0-33,5 ‰-dir. Dənizin daxilində Driqalskoy adası yerləşir. Onun ərazisi 204 km² təşkil edir. Dəniz 1912-ci ildə Avstraliya Antarktika ekspedisiyası tərəfindən kəşf edilir. D.Mauson <<Avrora>> gəmisinin kapitanı D.K.Deyvisin şərəfinə adlandırmışdır. O ekspedisiyada ikinci şəxs olmuşdur.
Dyurvil dənizi
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir. Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur.
Dürvil dənizi

Egey dənizi
Egey dənizi (türkcə:Ege Denizi, ) ya da Adalar dənizi(türk. Adalar Denizi) — Balkan və Anadolu yarımadaları arasında, Aralıq dənizinə bağlı bir dənizdir. Mərmərə dənizi və Qara dənizdən Çanaqqala və İstanbul boğazları ilə ayrılan dənizin cənub sərhədləri qaralarla çəkilmiş olmaqla bərabər, şimal sərhədlərini Yunanıstana bağlı adalar olan Rodos və Krit adalarına çəkir. Boğazları: Dardanel, Kafirefs boğazı, Evrip boğazı.
Fici dənizi
Fici (ing. Fiji) — Sakit Okeanın cənub-qərbində adaarası dəniz. Bu rayonda dərin qobunun mövcudluğuna görə, şərti olaraq dəniz adlandırılmışdır. Şimalda Fici, şərqdə Kermadek adaları, cənubda Yeni Zelandiya və Tasman dənizi, qərbdə isə Mərcan dənizi ilə məhdudlaşdırılıb. Sahəsi 3177 min km². Orta dərinliyi 2741 m, maksimum 7633 m. Cənub-şərqində səthi suyun temperaturu 18-23 °C, şimalda 25-28 °C . Duzluluğu 34,9-35,5 ‰. Qabarması yarıgünlü tiplidi 1,5 — 3,0 m. Əsas limanı Ficinin paytaxtı Suva sayılır.
Filippin dənizi
Filippin dənizi — Dünyanın ən böyük dənizidir. Böyük Zond Arxipelaqının şimal-şərqində Sakit okeanda yerləşir.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Grau dənizi
Grau dənizi – Sakit okeanın şərqində, Cənubi Amerikanın qərb sahillərində yerləşir. Peru sahilləri boyu 3079,50 km məsafədə uzanır. Cənubunda Tasna şəhəri yerləşir. Dəniz rəsmi olaraq 24 may 1984 ci ildə Grau dənizi olaraq adlandırılmışdır. Dənizdə dünyanın ən qəribə hadisələrindən biri olan El-Ninyo hadisəsi baş verir. Bu hadisənin özəlliyi ondadır ki, dəniz dibinin soyuq suyu sürətlə suyun səthinə qalxır. Nəticədə dəniz canlılarının böyük hissəsi məhv olur. Dəniz Peru ordu zabiti və Peru və Boliviyanın milli qəhrəmanı Miguel Grau Semiarionun şərəfinə adlandırılıb. O Sakit okean müharibəsində Çiliyə qarşı vuruşan donanmaya rəhbərlik etmişdir.
Halmahera dənizi
Halmaxera dənizi (ing. Halmahera Sea) — Sakit okeanında adalar arası dəniz olaraq, İndoneziyaya məxsus Molukka və Yeni Qvineya adaları arasında yerləşir. Qərbdə Halmahera, şimalda Vayqeo, şərqdə Cedravasix, cənubda Misool, cənub qərbdə isə Obi adaları arasında mövqe tutur. Sahəsi 75,000 km², həcmi 56,000 km³, orta dərinliyi 747 m, ən dərin yeri isə 2072 metr təşkil edir. Səthində temperatur avqustda 25,7 S, mayda isə 28,6 S təşkil edir. Duzluğu 34-34,6 ‰ arası dəyişir. Əsas limanı Soronq (Yeni Qvineya). Qısa və ensiz şelf xəttinə malikdir. Şimal-şərq, şərq ərazilərdə şelf xətti nisbətən parçalıdır və dənizdə kiçik dayazlıqlar əmələ gətirir. Dərinlik birdən-birə artaraq 1000 metrə çatır.
Harim dənizi
Harim dənizi — Sakit okeanın yarımqapalı dəniz olaraq Daxili Yapon dənizinin şərqində yerləşir. Dəniz adalarla hüdudlanır. Şərqində Avaci, şimalda Xonşu, qərbdə Sedo və cənubda Sikoku adaları yerləşir. Dəniz eyni adlı vilayyətin adından götürülmüşdür. Sahəsi 2500 km² təşkil edir. Dayaz dənizlər qrupuna daxildir. Ən dərin yeri 42 metrdir. Daxili Yapon dənizinin qərb hissəsindən Bisan boğazı, şərq hissədən isə Akosi və Naruto boğazları ayırır. Şimalında İesima adaları yerləşir. İesimdən Avaci adaları arasında Sika və Murosa çökəklikləri sıralanır.
Hebrid dənizi
Hebrides dənizi (ing. Sea of the Hebrides) — Atlantik okeannın şimal-şərqində, Şotlandiyanın qərb sahilləri ilə Hebrid adaları arasında yerləşir. Hebrid dənizi və Litl-Minc boğazı, Nort-Minç boğazı adaları iki qrupa bölür: Daxili Hebrid və Xariçi Hebrid adaları. Dənizin sahəsi 47,000 km², orta dərinliyi 64 m, ən dərin yeri isə 137 m təşkil edir. Johnson, Alison (1989) Islands in the Sound: Wildlife in the Hebrides: London. Victor Gollancz ISBN 0-575-04640-6 (Detail taken from Islands in the Sound……….").
Hiuqa dənizi
Hiuqa dənizi — Sakit okeanın qərbində, Yaponiya arxipelaqına daxil adalar arasında yerləşir. Dəniz adalar arası dəniz olaraq Kyusyu adası ilə Honsyu adası arasında yerləşir. Adını sahillərini əhatə edən eyni adlı vilayyətdən götürmüşdür.
Kamotes dənizi
Kamotes dənizi — Sakit okean Akvatoriyasına daxil olan, adalar arası dənizdir. Dəniz Filippin arxipelaqına daxil olan Leyte, Bohol və Sabu adaları arasında yerləşir. Şimalda Visayan dənizi, cənubda Kaniqao və Bohol boğazları onu Mindanao dənizi ilə birləşdirir. Dərinliyi 323 metr təşkil edir. İqlimi tropikdir, mussonların təsirinə məruz qalır. İyundan oktyabra qədər ərazidə Tayfunlar müşahidə edilir. Qışda suyunun temperaturu 24–27 S, yayda 28–29 S təşkil edir. Dənzizin duzluğu 34,5 ‰ civarında olur. Dənizin mərkəzində Kamotes adaları vardır. İl ərzində iki mövsümü yağıntılı olur.
Kantabriya dənizi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Kara dənizi
Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır. Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub. Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir. Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir.
Karib dənizi
Karib dənizi - Atlantik okeana daxil olan Qərb yarımkürəsində tropik dənizdir. Səthinin sahəsi 2 754 000 m², ən dərin nöqtəsi 7,686 metrdir. Cənubi Amerikanın sahilindədir. Вoğazları: Yamayka boğazı, Külək üstü boğaz.
Kelt dənizi
Kelt dənizi (ing. Celtic Sea) — Atlantik okeanının akvatoriyasına daxildir. Sahillərində İrlandiya, Böyük Britaniya və Fransa kimi dövlətlər yerləşir. Dənizin şimaldan Müqqəddəs Georgi boğazı ilə İrland dənizi, cənub-şərqdə Bristol körfəzi və La-Manşla əhatələnir, qərb və cənub hissədən kontinantal şelflə əhatələnir. Adı onun sahillərində yaşayan Keltlərin adından götürülmüşdür. Bir zamanlara qədər dənizin şimalı Müqqəddəs Georgi boğazının bir hissəsi jesab edilirdi. 1921-ci ildə dənizin Kelt dənizi adlandırılması ingilis dəniz araşdırmaçısı Ernest Vilyam Layons Holton tərəfindən irəli sürülmüşdür.
Kilikiya dənizi
Kilikiya dənizi — Aralıq dənizinin şərqində, Kiçik Asiya ilə Kipr adası arasında yerləşir. Adını Kiçik Asiyanın antik dövrdə mövcud olan eyni adlı vilayyətin (Kilikiya) adından götürmüşdür. Türkiyənin Adana, Mersin və Hatay, Şimali Kipr Türk Respublikasının isə Famaqusta və Kyrenia vilayyətləri sahillərində yerləşir. Dənizə Göysu və Ceyhan çayları axır. Şimal-şərqində İsgəndərum körfəzi yerləşir. Sahillərində İsgəndərum, Mersin və ən əsas limanı Ceyhan limanları vardır. Dəniz cənub şərqdə Livan dənizi, qərbdə isə Aralıq dənizi ilə əhatələnir.
Kipr dənizi
Kipr dənizi- Aralıq dənizinin şərqində Kiçik Asiya yarımadası və Afrika arasında yerləşir. Dənizin şimalıda Kipr adası yerləşir. Kiprdən Kiçik Asiya arasında dəniz Kilikiya dənizi ilə şərqində isə Livan dənizi ilə əhatələnir. Dəniz Aralıq dənizinin ən isti və duzlu hissəsidir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Onun bu çür duzlu olmasına səbəb Nildən başqa iri çayın dənizə tökülməməsidir. Duzluluğun yüksək olması onun fauna və florasınada öz mənfi təsirini göstərir. Cənub hissələrdə isə mərcan riflərinə rast gəlinir. Səbəb isə Nilin suyu nisbətən şirinləşdirməsidir. Dəniz məhsulları istehalı perespektiliyi zəyifdir.

Digər lüğətlərdə